Rusiyanın dörd vilayətinə PUA hücumu edildi
Dünya
Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində 36 ədəd Ukrayna PUA-sını vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Belqorod vilayətində 26, Voronej vilayətində 4, Lipetsk və Nijeqorod vilayətlərində isə 3 PUA zərərsizləşdirilib.