Rusiyanın Volqoqrad limanında güclü yanğın başladı

Rusiyanın Volqoqrad limanında güclü yanğın başladı Dünya

Volqoqradda güclü yanğın baş verib.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin verdiyi məlumata görə, yanğın tərk edilmiş binada baş verib.

Volqoqradın keçmiş yük çayı limanının ərazisində istifadəsiz tikilinin dam örtüyü yanıb. İlkin olaraq yanğının yayılması təhlükəsinin olmadığı müəyyən edilib.

Qumral