Rusiyaya qarşı yeni sanksiya tətbiq edildi

Rusiyaya qarşı yeni sanksiya tətbiq edildi Dünya

Kanada Rusiyaya qarşı sanksiya tətbiq edib.

News24.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu baş nazir Castin Trüdo deyib.

Məlumata görə, sanksiya 4 fiziki və 29 hüquqi şəxsə aid edilib. 

Yeni məhdudiyyətlər Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorlarında fəaliyyət göstərən şəxslərə və şirkətlərə şamil edilir. 

O əlavə edib ki, sanksiyalar Rusiyanı Ukraynadan çıxmağa məcbur etməlidir. Sanksiyaların konkret kimə qarşı tətbiq olunduğu hələ də bəlli deyil.

Qumral