Saakaşvili Gürcüstan prezidentinə - MÜRACİƏT ETDİ
Dünya
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında respublikanın hazırkı rəhbəri Salome Zurabişviliyə müraciət edib.
News24.az xəbər verir ki, Saakaşvili Salome Zurabişvilidən onu əfv etməsini istəyib.
“Əlbəttə, ruhən özümü daha şən hiss edirəm, amma fiziki olaraq yox. Həkimlər mənim daha yaxşı olduğumu təsdiq edə bilmirlər. Xanım Salome övladlarıma atalarını qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”, - deyə eks-prezident çıxışı zamanı deyib.
Xatırladaq ki, noyabrın 10-da Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşvili həkimlərin müvafiq rəyindən sonra həbsxanaya qaytarılacaq.
Qeyd edək ki, Gürcüstanın keçmiş lideri 2007-ci ildə etirazları dağıtmaqda və büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.
Qumral