Sabiq bələdiyyə sədri saxlanıldı

Sabiq bələdiyyə sədri saxlanıldı Dünya

Antalyanın Kəmər rayonunun keçmiş bələdiyyə sədri Mustafa Gül “qanunsuz alver” və “fırıldaqçılıq” ittihamı ilə polis tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, Kəmərdə yaşayan bir iş adamı Baş Prokurorluğa müraciət edərək, keçmiş bələdiyyə sədrinin ondan məhkəmə ekspertizasına müsbət rəy verilməsi üçün 9,500 dollar tələb etdiyini bildirib. Şikayətçi həmçinin Gülün iş yerinin ətrafında gəzərək foto çəkdirdiyini və bunun onu narahat etdiyini qeyd edib.

Baş Prokurorluğun koordinasiyası ilə aparılan istintaq zamanı əvvəlcədən seriya nömrələri qeyd olunmuş əskinaslar şübhəliyə təqdim edilib və keçirilən əməliyyat zamanı Gülün evindən həmin əskinaslar götürülüb.

Hazırda məsələ ilə bağlı istintaq davam edir.

Aqil Qarayev