Sabiq deputat beynəlxalq axtarışa verildi - FOTO

Sabiq deputat beynəlxalq axtarışa verildi - FOTO Dünya

Rusiya Daxili İşlər Nazirliyi dələduzluqda ittiham olunan Krasnoyarsk parlamentinin keçmiş deputatı və biznesmen Roman Qoldmanı beynəlxalq axtarışa verməyə hazırlaşır.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin regional qərargahından verilən məlumata görə, Roman Qoldmana qarşı cinayət işi açılıb. Buna səbəb Roman Qoldmana məxsus “Aqro Vklad” kənd təsərrüfatı krediti istehlak kooperativinin mindən çox səhmdarının hakimiyyət orqanlarına müraciəti olub. 

İlkin zərərin məbləği bir milyard rubldan çoxdur. İstintaq Qoldman və onun şirkətlərinə məxsus 380-dən çox obyektə həbs qoyulmasını tələb edir. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları Hind okeanındakı adalardan birində yerləşdiyi ehtimal edilən eks-deputatın beynəlxalq axtarışına başlamaq niyyətindədirlər.

Roman Qoldman “Vahid Rusiya”dan Krasnoyarsk diyarının Qanunvericilik Məclisinin sabiq deputatı olub.  O, hazırda Goldman Group-un rəhbəridir.

Nəzrin


Sabiq deputat beynəlxalq axtarışa verildi - FOTO