Səhiyyə Nazirliyi və ÜST birgə fəaliyyət göstərəcək - AÇIQLAMA

Səhiyyə Nazirliyi və ÜST birgə fəaliyyət göstərəcək - AÇIQLAMA Dünya

Rusiya Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya Federasiyasında birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bunu jurnalistlərə departamentin rəhbəri Mixail Muraşko qurumun baş direktoru Tedros Adhanom Qebreyesus ilə bazar ertəsi baş tutan görüşün nəticələrini şərh edərkən deyib.

Qeyd edək ki, keçirilən görüş ilkin səhiyyə xidmətinə dair Alma-Ata Bəyannaməsinin qəbul edilməsinin 45 illiyinə həsr olunub.

Ülkər Abdurahmanlı