Bayraktarın ofisində casus mühəndis - SAXLANILDI

Bayraktarın ofisində casus mühəndis - SAXLANILDI Dünya

İstehsal etdiyi PUA və İHA-larla Türkiyənin fəxri olan Səlcuq Bayraktarın idarə heyətinin sədri olduğu "Baykar" şirkət müəssisələrində baş verən casusluğun qarşısı son anda alınıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, casus "Baykar" şirkətindən məxfi məlumatları "Hard diskə" ötürmək istəyərkən cinayət başında yaxalanıb. Təhlükəsizlik işçiləri tərəfindən cinayət başında tutulan şəxs terrorla mübarizə qrupları tərəfindən sorğu-sual ediləcəyi bildirilib.

Aynurə