Seulda estekada çökdü - Ölənlər var - Video
Dünya
Cənubi Koreyanın paytaxtı Seulda estakada çöküb.
News24.az xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər ölüb, altı nəfər yaralanıb.
Məlumata görə, uçqun zamanı estakadada demontaj işləri aparılıb.
Hadisə ilə əlaqədar Seul ilə Sinçon stansiyası arasında qatarların hərəkəti dayandırılıb. Hazırda xilasetmə işləri davam edir./Yonhap/