Şoltsdan XƏBƏRDARLIQ - Qərbin diqqəti azalsa...

Şoltsdan XƏBƏRDARLIQ - Qərbin diqqəti azalsa... Dünya

"Rusiyanın müharibədə qalibiyyətinə imkan verilməməlidir".

News24.az xəbər verir ki, bu fikirlər Almaniya kansleri Olaf Şoltsun "The Wall Street Journal"dakı məqaləsində yer alıb. 

O yazıb ki, Qərb bunun üçün bütün zəruri imkanları səfərbər etməlidir:

"Kremlin qalibiyyəti  azad, demokratik və müstəqil respublikanın sonu olacaq. Bunun baş verməsi Avropada radikal dəyişikliklərə səbəb olmaqla yanaşı, liberal dünyəvi quruluşu kökündən zədələyəcək. Moskvanın Ukraynadakı addımları digər ölkələr üçün də presedent yarada bilər".

Bununla yanaşı, kansler Rusiyanın hələ də məqsədinə çata bilmədiyini vurğulayıb. 

O, bunu Ukrayna xalqının qəhrəmanlığı ilə əlaqələndirib. Eyni zamanda kansler NATO-nun və müttəfiqlərin diqqəti azalsa, Ukraynanın tez bir zamanda silah böhranı ilə üzləşəcəyinə diqqət çəkib

Fərid Azəri