Silahlı şəxs banka hücum etdi
Dünya
Silahlı şəxs Tbilisidə TBC bank filialına daxil olaraq pul tələb edib.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, bank işçisi həyəcan siqnalını işə sala bilib.
Hücum zamanı xəsarət alan olmayıb. Hücum edən şəxs bankdan pul çıxara bilməyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, banka hücum edən şəxs oğurluq eyni zamanda qanunsuz odlu silah gəzdirməkdə ittiham olunur. Təqsirləndirilən şəxsi 7 ilə qədər həbs gözləyir.
Qumral