İsrail və ABŞ İrana partlayan "konserv bankaları" atdı: Ölənlər var

İsrail və ABŞ İrana partlayan "konserv bankaları" atdı: Ölənlər var Dünya

İranın cənubunda yerləşən Şiraz şəhərinin yaxınlığındakı bəzi ərazilərdə İsrail və ABŞ təyyarələrindən atıldığı iddia edilən, konserv bankası görüntüsündə olan minaların partlaması nəticəsində bir neçə nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail və ABŞ təyyarələri Şirazın bəzi bölgələrinə balıq konservinə bənzəyən metal qabların içində gizlədilmiş partlayıcı maddələr atıblar. Sözügedən “konserv bankaları” açılan kimi dərhal partlayır.

Yerli təhlükəsizlik orqanlarının əməkdaşları bu minaları toplayır və vətəndaşlara şübhəli əşyalardan uzaq durmağı, aşkar etdikdə isə onların dəqiq yerini polisə bildirməyi xahiş ediblər.