Sərnişin təyyarəsi qəzaya uğradı, 14 nəfər öldü – Bu ölkədə

Sərnişin təyyarəsi qəzaya uğradı, 14 nəfər öldü – Bu ölkədə Dünya

Cənubi Sudanın paytaxtı Cubada sərnişin təyyarəsi qəzaya uğrayıb.

News4.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, “CityLink Aviation” şirkətinə məxsus “Cessna 208 Caravan” tipli təyyarə Yei şəhərindən Cuba Beynəlxalq Hava Limanına uçuş həyata keçirərkən radardan itib. Təyyarə yerli vaxtla saat 09:15-də havaya qalxıb, 09:43-də isə onunla əlaqə kəsilib.

Bildirilib ki, təyyarədə 13 sərnişin və 1 pilot olmaqla, ümumilikdə 14 nəfər olub. Onların hamısı qəza nəticəsində həyatını itirib. Sərnişinlər arasında 2 Keniya vətəndaşı və 12 Cənubi Sudan vətəndaşı olub.

İlkin məlumatlara əsasən, qəzanın baş verməsinə pis hava şəraiti, xüsusilə də zəif görünmə səbəb ola bilər.