İstanbulda terror aktında yaralanan 61 nəfər evə buraxılıb

İstanbulda terror aktında yaralanan 61 nəfər evə buraxılıb Dünya
İstanbulun İstiqlal küçəsində törədilən terror aktında yaralanan 81 xəstədən 61-i evə buraxılıb.

News24.az  xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

O qeyd edib ki, 20 nəfərin müalicəsi isə davam edir. Onlardan 6-sı reanimasiya şöbəsinə yerləşdirilib.