Suriya ordusu Tabka şəhərinə nəzarəti təmin etdi
Dünya
Suriya ordusu Fərat çayının şərqində Tabka şəhərinə nəzarəti təmin edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ordu Rakka şəhərinə isə 5 km-ə qədər yaxınlaşıb.
Qeyd edək ki, ABŞ-nin bölgə üzrə Mərkəzi Komandanlığı (CENTCOM) Suriya Ordusunu əməliyyatları dayandırmağa, tərəfləri dialoqla həll yolu axtarmağa çağırıb.