Sürücüsüz avtomobil - DÖVRÜ başladı
Dünya
Tesla-nın Model “Y” sürücüsüz taksisi ilk dəfə olaraq fabrikdən birbaşa alıcının ünvanına tam avtonom rejimdə hərəkət edib.
News24.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkəsində paylaşım edib.
“Tesla Model "Y"-nin fabrikdən avtomobil yolları da daxil olmaqla, müştərinin evinə tam avtonom rejimdə çatdırılması qrafikdən bir gün əvvəl uğurla başa çatdı”, – deyə Mask yazıb.
O, bu nailiyyət münasibətilə şirkət komandasını təbrik edib, eyni zamanda proqram təminatı və süni intellekt çipinin hazırlanmasında iştirak edən mühəndislərə təşəkkürünü bildirib.