Taxıl müqaviləsi ilə bağlı heç bir müzakirə aparılmır - Peskov

Taxıl müqaviləsi ilə bağlı heç bir müzakirə aparılmır - Peskov Dünya

Taxıl müqaviləsinin bərpası ilə bağlı heç bir müzakirə aparılmır, bunun üçün heç bir əsas yoxdur.

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Xeyr, bu danışıqlar artıq aparılmır. Danışıqları davam etdirmək üçün heç bir əsas yoxdur”.

Peskov xatırladıb ki, sövdələşmə Rusiyaya aid olan hissədə heç vaxt tamamlanmayıb. 

Mehriban Mirzəzadə