Təbriz hava limanı bu gün yenidən açılacaq
Dünya
Təbriz Beynəlxalq Hava Limanı bu gün fəaliyyətini bərpa edəcək.
News24.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əxəvan açıqlama verib.
O bildirib ki, təmir işləri başa çatdıqdan sonra ilk uçuşun bu gün həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl hava limanının uçuş-enmə zolağı və idarəetmə qülləsinin avia zərbələr nəticəsində zədələndiyi açıqlanmışdı.
Məlumata görə, Təbriz hava limanı İranda hərbi əməliyyatlardan sonra yenidən açılan sayca 21-ci hava limanı olub.
Təbriz Beynəlxalq Hava Limanı ölkənin ən iri hava limanlarından biri sayılır və İstanbul, Bağdad, Dubay, Bakı, Hamburq və digər şəhərlərə beynəlxalq uçuşlar həyata keçirir. /Azad İran/