“Top ABŞ-dədir”: İran son planı təqdim etdi – cavab gözlənilir
Dünya
İran Pakistanın vasitəçiliyi ilə ABŞ-yə hərbi əməliyyatların dayandırılması ilə bağlı yekun planı təqdim edib və Vaşinqtondan cavab gözləyir.
News24.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat yayıb.
"İndi top ABŞ tərəfindədir. Vaşqinton seçim etməlidir: diplomatiya, yoxsa münaqişənin davamı?", – o bildirib.
Qəribabadi əlavə edib ki, "Tehran bütün ssenarilərə hazırdır və hələ də ABŞ tərəfinə güvənsizliklə yanaşır". (TASS)