Traktor gölməçəyə aşdı: - 15 nəfər öldü
Dünya
Hindustan Times-ın məlumatına görə, Uttar Pradeş ştatında sürücü idarə etdiyi traktoru başqa bir avtomobillə toqquşdurmaqdan yayınaraq, gölməçəyə çırpılıb.
News24.az xəbər verir ki, ilkin məlumata görə, 8-i uşaq, 7-si qadın olmaqla 15 nəfər tərs çevrilərək gölməçənin palçıqlı suyuna batmış traktorun qoşqusunda həyatını itirib.
Səlahiyyətlilər qəzada yaralananların olduğunu, gölməçədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Günel Məlikzadə