Tramp İranla danışıqlar üçün İslamabada onları göndərir
Dünya
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezidentin kürəkəni Cared Kuşner yaxın günlərdə İranın xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Pakistana səfər edəcəklər.
News24.az xəbər verir ki, görüşün dəqiq vaxtı hələlik açıqlanmayıb.
Planlaşdırılan səfər ABŞ-İran diplomatiyasını yenidən canlandırmaq istiqamətində növbəti addım kimi qiymətləndirilir. Belə ki, aprelin 11-12-də İslamabad şəhərində keçirilən ilk danışıqlar raundu razılaşma ilə nəticələnməyib.
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada səfər edəcəyini təsdiqləyib. Onun Pakistan paytaxtında ABŞ ilə danışıqların bərpası ilə bağlı təklifləri müzakirə etməsi gözlənilsə də, ABŞ nümayəndələri ilə görüş planlaşdırılmırdı. (Reuters)