Tramp Maskı deportasiya ilə hədələdi

Tramp Maskı deportasiya ilə hədələdi Dünya


ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskın mümkün deportasiyasını nəzərdən keçirəcəyini deyib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, ABŞ prezidenti bu barədə sosial şəbəkə paylaşımında qeyd edib.

"İlon tarixdəki hər hansı digər insandan daha çox subsidiya ala bilər və subsidiyalar olmasa, yəqin ki, dükanını bağlayıb, Cənubi Afrikaya getməli olacaq", - deyə Ağ Evin hazırkı başçısı yazıb.