Tramp Putinlə bağlı xəbəri təkzib etdi: "Əgər gəlsə…"

Tramp Putinlə bağlı xəbəri təkzib etdi: "Əgər gəlsə…" Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini G20 sammitinə dəvət etməsi barədə xəbərləri təkzib edib.

News24.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

"Xeyr, dəvət etməmişəm, amma əgər o gəlsə, düşünürəm ki, faydalı olar", – Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN Putinin G20 sammitinə dəvət edilməsi barədə məlumat yayıb.