Trampa qarşı sui-qəsd törədən şəxsin cəzası bəlli oldu
Dünya
Trampa qarşı sui-qəsd törətməkdə ittiham olunan Rayan Rutun hökmü məlum olub. O, ömürlük azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 15-də Floridada, Trampa məxsus qolf klubunda Rayan Rut kolluqların arasında gizlənərək tüfənglə ABŞ liderini hədəf almağa çalışsa da, Məxfi Xidmət agentləri tərəfindən vaxtında fərq edilərək zərərsizləşdirilib.