Trampdan sərt mesaj: "İran bu imkandan istifadə etməsə..."

Trampdan sərt mesaj: "İran  bu imkandan istifadə etməsə..." Dünya

Ötən gün ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.

News24.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində rəsmi Tehranın Vaşinqtonla razılaşmaya getmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, İran bu imkandan istifadə etməsə, bu, “axmaqcasına qərar” olar.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton artıq İslam Respublikasının nüvə imkanlarını hədəf alıb, lakin əlavə tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı hələlik konkret mövqe açıqlanmayıb.

Hazırkı İran rejimi ilə mümkün razılaşmanın davamlı olub-olmayacağına dair suala cavab verən Tramp tam əmin olmadığını desə də, uğurlu sazişin əldə olunmasına üstünlük verdiyini vurğulayıb.

Onun sözlərinə görə, belə bir razılaşma İranın nüvə silahı əldə etməsinin qarşısını almalı, raket proqramını məhdudlaşdırmalı və Vaşinqtonun irəli sürdüyü digər təhlükəsizlik şərtlərini əhatə etməlidir. /Independent Persian