Trampın siyasi varisi kim olacaq? – 3 namizəd var
Dünya
İki ildən sonra – 2028-ci ilin əvvəlindən ABŞ artıq yeni seçki dövrünə qədəm qoyacaq.
News24.az xəbər verir ki, ABŞ-də seçkiqabağı proseslər daha tez başlayır və seçkilərə qədər aylarla yarış gedir.
“News Nation” nəşrinin yazdığına görə, ABŞ Respublikaçılar Partiyası 2028-ci il prezident seçkiləri üçün yaxşı bir “bazaya” malik olduğunu elan edir və bu bazadan namizədlər irəli sürülə və Trampın qoyduğu mirası inkişaf etdirə bilərlər. Üstəlik, Trampın özünün də “sevimli namizədləri” var. Hazırda Tramp qarşıdan gələn seçkilər üçün komandasından üç nəfəri “siyasi varisləri” kimi nəzərdən keçirir:
1. Vitse-prezident C.D.Vens
2. Dövlət katibi Marko Rubio
3. Maliyyə naziri Skott Bessent.
Trampın əvvəlki açıqlamalarına görə, Respublikaçılar Partiyası tərəfindən 2028-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsi ehtimalı ən yüksək olan şəxs Vensdir. (axar.az)