Türkiyədə bu məşhurların narkotik testi müsbət çıxdı – Foto
Dünya
Türkiyədə məşhurlara qarşı aparılan narkotik təhqiqatı çərçivəsində 15 şübhəlinin kokain analizlərinin nəticəsi müsbət çıxıb.
News24.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, onların arasında FLO şirkətinin İdarə Heyətinin üzvü Mahmut Uğur Ziylan, model Melisa Çalışkan, sosial media fenomeni Melis Şahin, "Momo" restoranlarının sahibi Hamdi Burak Beşer də var.
Test nəticələri müsbət çıxan digər məşhur şəxslər isə Erdi Çetin, Uğur Can Peker, Nurdan Çokçalışkan, Burak Kaptan, Müzeyyen Karakan, Murat Can Şirin, Yağmur Uçkun, Atilla Aydın, Ozan Kılıç, Esra Yoldaş Balcı ve Yılmaz Burak Bozkurtdur. (Oxu.az)