Türkiyə 13 ildən sonra Dəməşqə səfir təyin etdi
Dünya
Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Suriyaya səfir təyin edilib.
News24.az xəbər verir ki, Yılmaz 13 ildən sonra Türkiyənin Suriyadakı ilk səfiri olacaq.
2012-ci ilin martında Türkiyənin Dəməşqdəki səfirliyi bağlanıb və yalnız ötən ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra yenidən açılıb.