Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı

Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı Dünya

Türkiyənin Çanaqqala şəhərinin Biqa rayonunda sərnişin avtobusu qəzaya düşüb.

News24.az xəbər verir ki, hadisə zamanı sürücü və 45 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi nəticəsində avtobus yol kənarındakı əraziyə aşaraq düşüb.

Qəza yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.