Türkiyədə bələdiyyə sədri həbs edildi
Dünya
Türkiyədə Uşak bələdiyyə sədri Özkan Yalım həbs edilib.
News24.az xəbər verir ki, o, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində keçirilmiş əməliyyat zamanı saxlanılıb.
Bələdiyyə sədri rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə saxtakarlıq qarışdırmaq maddələri üzrə ittiham olunur.
Hakim qarşısına çıxarılan Ö.Yalımın və daha səkkiz şübhəlinin həbsinə qərar verilib.