Türkiyədə ŞOK - Hökumət əleyhinə çıxış edən deputat yıxılıb ÖLDÜ

Türkiyədə ŞOK - Hökumət əleyhinə çıxış edən deputat yıxılıb ÖLDÜ Dünya

Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən Səadət Partiyasının deputatı vəfat edib.

News24.az xəbər verir ki, bunu səhiyyə naziri Fəxrəddin Qoca  deyib. O, Kocaelinin deputatı Hasan Bitmezin yaxın saatlarda vəfat etdiyini bildirib.

Nazir Qoca Bilkent Şəhər Xəstəxanasında jurnalistlərə açıqlamasında bunları söyləyib:

"İki gün əvvəl Türkiyə Böyük Millət Məclisində pisləşərək Bilkənd Şəhər Xəstəxanamıza gətirilən Kocaeli millət vəkilimiz cənab Həsən Bitmezin ümumi vəziyyəti dünən gecədən etibarən pisləşməyə başlamışdı. Edilən bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və saat 11.50 radələrində dünyasını dəyişib. Allah rəhmət eləsin.Yaxınlarına başsağlığı verirəm. Hamımıza başsağlığı verirəm".

Qeyd edək ki, Hasan Bitmez dekabrın 12-də parlamentdə çıxışı zamanı huşunu itirərək yıxılıb. 

Aynurə


Türkiyədə ŞOK - Hökumət əleyhinə çıxış edən deputat yıxılıb ÖLDÜ