Türkiyədən sərt mesaj: - “Məhv edəcəyik”

Türkiyədən sərt mesaj: - “Məhv edəcəyik” Dünya

Suriya və İraqda keçirilən əməliyyatlar zamanı 7 PKK terrorçusu zərərsizləşdirilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçular üçün heç bir yer təhlükəsiz deyil. “Fərat Qalxanı” və “Sülh Çeşməsi” bölgəsində (Suriya) hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında aşkarlanan 2 PKK terrorçusu komandolarımız tərəfindən məhv edilib.

Harada olur-olsunlar, son terrorçu zərərsizləşdirilənə qədər PKK terror təşkilatı ilə mübarizəmiz davam edəcək”, - məlumatda deyilir.