Türkiyənin dəstəyi ilə 300 minlik ordu qurulur

Türkiyənin dəstəyi ilə 300 minlik ordu qurulur Dünya

Bəşər Əsədin devrilməsindən sonra nizami ordu strukturuna keçməyə hazırlaşan Suriyanın yeni müdafiə naziri bütün müxalif qrupları paytaxt Dəməşqə çağırıb.

News24.az xəbər verir ki, Türkiyənin məsləhətçi və ekspertlərinin dəstəyi ilə toplanacaq yeni Suriya Ordusu 300 min nəfərdən ibarət olacaq.

Digər tərəfdən Türkiyə Silahlı Qüvvələrinin 5 kritik nöqtədə əsgərləri olacaq.

Məlumata görə, milli ordunun strukturlaşması İdlibdəki qruplarla, tədricən Suriya Milli Ordusu (SNA) ilə başlayacaq. 

Yeni administrasiyanın müdafiə naziri Murhaf Əbu Kasranın başçılığı ilə Dəməşqdə başlayan toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi müxalifət komandirləri ilə paylaşılıb. Qurumların yaradılması və hərbi iyerarxiya ilə bağlı təfərrüatlar paylaşılıb.

Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi öyrənilib. 

Bundan əlavə, razılaşdırılmış razılaşmalar tətbiq olunduqdan sonra Suriyanın 5 fərqli nöqtəsində Türkiyənin hərbi kontingenti olacaq.

Aynurə