AKP-dən Ərdoğanın Rusiya səfəri ilə bağlı - açıqlama
Dünya
Türkiyənin hakim partiyasının rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Soçiyə səfər edəcək və orada Rusiya tərəfi ilə Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə edəcək.
News24.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
“Yaxın vaxtlarda cənab prezidentin Soçiyə səfəri gözlənilir. Bu mövzunun müzakirəsi (taxıl sövdələşməsi) gözlənilir. Cənab Prezident burada təşəbbüslərlə çıxış edir, müsbət nəticələrə ümid edirik”, - deyə Çelik bildirib.
Aydan