"Twitter" bu hesablardan pul tələb edəcək

"Twitter" bu hesablardan pul tələb edəcək Dünya
İlon Maskın idarəçiliyinə keçən "Twitter" təsdiqlənmiş hesablardan ayda 20 dollar tələb edəcək.

News24.az-ın məlumatına görə, bu barədə məlumatı "the Verge" yayıb.

Məlumata görə, təsdiqlənmiş istifadəçilərə 90 gün ərzində abunə olmaq şansı veriləcək.

Mask layihə üzərində işləyənlərə funksiyanı işə salmaq üçün noyabrın 7-nə qədər  vaxt  verib. Əks halda onları işdən çıxaracağını bildirilib.