"Twitter"də ən çox onun səhifəsi oxunur

"Twitter"də ən çox onun səhifəsi oxunur Dünya
Amerikalı milyarder İlon Maskın "Twitter" hesabı ən çox oxunan səhifə olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytında məlumat yerləşdirilib. 

Mask həmçinin abunəçilərin sayına görə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı üstələyib. 

Belə ki, martın 30-u səhərə olan məlumata görə, İlon Maska 133 070 628, Barak Obamaya isə 133 042 957 istifadəçi abunə olub.

Obama 2020-ci ildən abunəçi sayına görə rekordçu olub.

Qeyd olunur ki, "Twitter"-in ay ərzində təxminən 450 milyon aktiv istifadəçisi var. Onların təxminən 30 faizi İlon Muska abunədir.

Teymur MƏMMƏDOV
"Twitter"də ən çox onun səhifəsi oxunur