Ukrayna ilə danışıqlar üçün heç bir əsas yoxdur - Kreml
Dünya
Rusiyanın iştirakı olmadan Ukrayna məsələsində sülhə nail olmaq absurddur.
News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Faktlara baxmaq lazımdır. Rusiyanın iştirakı olmadan sülh yolu tapmağa çalışırlar. Ən azı bu, absurd prosesdir. Və əgər ciddidirsə, təbii ki, bu, heç bir nəticə potensialı olmayan prosesdir. Biz, həqiqətən də, danışıqların predmetinin indi aktual olmadığını düşünürük və biz dəfələrlə təkrar etmişik ki, bu danışıqlar üçün heç bir əsas, heç bir baza, belə danışıqlar üçün heç bir əsas yoxdur”, - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Rusiya ilə danışıqlar məsələsinin aktual olmadığını, lakin Kiyevin sülh formuluna malik olduğunu bildirib.
Qumral