Ukrayna müharibəsi bu tarixdə bitə bilər – Zelenski
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 2026-cı ilin birinci yarısında başa çata biləcəyini istisna etməyib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, danışıqlar Avropadakı tərəfdaşlarla, eləcə də ABŞ və “İstəklilər koalisiyası”na daxil olan bütün iştirakçılarla birlikdə yeni mərhələyə qədəm qoyub.
“Biz qeyd edirik ki, Avropalı tərəfdaşlarımızla, eyni zamanda ABŞ və “İstəklilər koalisiyası”nın bütün iştirakçıları ilə aparılan danışıqlar yeni bir həddə çatıb”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, diplomatik səylərin intensivləşməsi müharibənin nisbətən yaxın vaxtda başa çatması ehtimalını artırır.