Ukrayna müharibəsindən sonra nə dəyişəcək? – Üç ölkə bu məsələdə razılığa gəldi

Ukrayna müharibəsindən sonra nə dəyişəcək? – Üç ölkə bu məsələdə razılığa gəldi Dünya

Ukrayna, Fransa və Böyük Britaniya bəyannamə imzalayıb.

News24.az xəbər verir ki, bu bəyannamə müharibə başa çatdıqdan sonra Ukrayna ərazisində çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Ukrayna ordusunun şəxsi heyətinin sayı təxminən 700 min nəfər təşkil edəcək.

Makron bildirib ki, Qərb tərəfdaşları Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı öhdəlik götürüb. Bu dəstəyə maliyyə yardımı və hərbi təminat da daxildir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə açıqlamasında London və Parisin Ukraynanın müxtəlif bölgələrində hərbi mərkəzlərin yaradılması barədə razılığa gəldiyini deyib.

Məlumata görə, “İstəklilər koalisiyası”na daxil olan ölkələrin xarici qüvvələrinin atəşkəs rejiminə nəzarət məqsədilə quruda, havada və dənizdə yerləşdirilməsi nəzərdə tutulur.

Emmanuel Makron həmçinin Türkiyənin dəniz istiqaməti üzrə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu da vurğulayıb.