Ukrayna Qərb hərbi şirkətlərini məhkəməyə - VERDİ

Ukrayna Qərb hərbi şirkətlərini məhkəməyə - VERDİ Dünya

Kiyev hakimiyyəti iki Qərb hərbi firmasını avadanlıqların tədarükü şərtlərini yerinə yetirməməkdə və ya ödənilən vəsaiti qaytarmaqdan imtina etməkdə ittiham edərək məhkəməyə verib.

News24.az xəbər verir ki, Ukrayna iki Avropa şirkətinin “malları çatdırmadığını və avansı geri qaytarmadığını” bildirib.

Nazirlik hərbi vəziyyət şəraitində həssas hərbi məlumatların qorunmasını əsas gətirərək şirkətlərin adlarını açıqlamaqdan və müqavilə məlumatlarını verməkdən imtina edib.

Aynurə