Ukraynadan ŞOK ETİRAF: - Hərbi dəstək dayanarsa...

Ukraynadan ŞOK ETİRAF: - Hərbi dəstək dayanarsa... Dünya

Qərb dövlətləri Kiyevə dəstəyi dayandırsa, Ukrayna hərbi əməliyyatları davam etdirə bilməyəcək.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Gennadi Kovalenko bildirib.

Onun sözlərinə görə, Kiyevin tərəfdaşları diqqətlərini İsrail və Fələstinin Həmas qrupu arasındakı münaqişəyə yönəldiblər və ABŞ daxilindəki siyasi mübahisələr Ukraynaya davamlı dəstəyin qarşısını ala bilər. Eyni zamanda, jurnalist qeyd edir ki, hərbi əməliyyatların hazırkı mərhələsi Ukraynanı yorur.

Ukrayna rəsmiləri çoxdan etiraf ediblər ki, Kiyev hətta hərbi xərclərini də təkbaşına ödəmir. Bu yaxınlarda Ali Rada cari ilin büdcəsinə düzəlişlər qəbul edib, nəticədə onun kəsiri planlaşdırılan 38 milyard dollardan 54,75 milyard dollara yüksəlib.

Ülkər Abdurahmanlı