"Ukraynalı dilənçi Baydenlə görüşündə dedi ki..." - Medvedev

"Ukraynalı dilənçi Baydenlə görüşündə dedi ki..." - Medvedev Dünya

“Ukraynalı dilənçinin (Zelenski – red.) səfəri zamanı da belə bir fikir səsləndirdi. Söhbət Kiyevin “mifik qələbəsi”ndən gedir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Medvedev ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında aparılan danışıqların nəticələrini şərh edib.

Onun fikrincə, Baydenin sözlərini təhlil etmək əbəsdir, çünki söhbət “dərinləşən demensiyanın açıq əlamətləri görünən “qoca”nın dediklərindən gedir.

Rusiya rəsmisi bu bəyanatı “simptomatik” adlandırıb və “Ukraynanın qələbəsi”nin Baydenə görə təhlil edilməli olduğunu vurğulayıb.

“O deyir ki, Ukrayna müstəqil dövlətdir. Yəni “qələbə” odur ki, “ölkə” qalacaq və dünya xəritəsindən silinməyəcək. Sərhədlərin və suverenliyin önəmi yoxdur. Məsələn, Lvov sərhədləri daxilində qalacaq”.

Ayşən