Ukraynanın ən təhlükəli şəhəri seçildi

Ukraynanın ən təhlükəli şəhəri seçildi Dünya

Ukraynanın ən təhlükəli şəhəri Odessa seçilib. İlk beşlikdə həmçinin Dnepr, Xarkov, Kiyev və Lvov şəhərləri yer alıb.

News24.az xəbər verir ki, bu barədə “Numbeo” platformasının məlumatlarında qeyd olunub.

“Numbeo” – dünya üzrə şəhər və ölkələrdə yaşayış şəraitini, həyat dəyərini, həyat keyfiyyətini, təhlükəsizliyi və səhiyyə sistemini istifadəçilər tərəfindən təqdim olunan məlumatlar əsasında müqayisə edən onlayn məlumat bazasıdır.

Məlumata görə, ümumilikdə Ukraynada təhlükəlilik indeksi orta səviyyədən bir qədər yüksəkdir və 53,08 bal təşkil edir. Bununla yanaşı, cinayətkarlıq səviyyəsinin yüksək olduğu (46,92 bal), son beş ildə artdığı, eləcə də korrupsiya səviyyəsinin çox yüksək olduğu (80,94 bal) vurğulanır.