Ukraynanın hərbi xərcləri 49,14 milyard dollar təşkil etdi

Ukraynanın hərbi xərcləri 49,14 milyard dollar təşkil etdi Dünya

2023-cü ildə Ukraynanın hərbi xərcləri 49,14 milyard dollar təşkil edib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, dövlət büdcəsinin təhlükəsizlik və müdafiə sahəsi üzrə ümumi fondunun ümumi məbləğinin 60,8 faizini təşkil edir. Bu vəsaitlər hərbi və xüsusi təyinatlı texnikanın, silah-sursatın, müdafiə texnikasının, fərdi mühafizə vasitələrinin, yanacaq-sürtkü materiallarının, ərzaq məhsullarının alınmasına, eləcə də hərbi qulluqçuların maliyyə təminatına və tibbi sığortaya yönəldilib.

Departamentin məlumatına görə, təhlükəsizlik və müdafiə sektorunun xərcləri yalnız vergi gəlirləri və müharibə istiqrazları hesabına hökumət tərəfindən maliyyələşdirilir.

Mehriban Mirzəzadə