"Universitetlərdə olan qadağaları aradan qaldıracağıq" - ƏRDOĞAN

"Universitetlərdə olan qadağaları aradan qaldıracağıq" - ƏRDOĞAN Dünya

Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqresi və Mədəniyyət Mərkəzində 2023-2024-cü tədris ilinin açılış mərasimində iştirak edib.

News24.az-ın "Haberglobal"-a istinadən məlumatına görə, açılışda çıxış edən Ərdoğan bildirib ki,  universitetlər tələbələrin intellektual inkişafına töhfə  və onların istedadlarını üzə çıxarmağa imkan verən öz ənənələri olan universal qurumlardır: 

"Universitetlər nə qədər dinamik, məhsuldar, azad və inkişaf etmiş olsalar, cəmiyyətə bir o qədər müsbət təsir edər. Əks halda, cəmiyyətin əvvəlcə təhsildə, mədəniyyətdə, incəsənətdə, elmdə və istehsalatda tənəzzülə uğraması qaçılmazdır. Son 1400 ildə tarixə iz qoymuş dövlətlərin əsas xüsusiyyəti elm sahəsində əldə etdikləri nailiyyətlərdir. Bu dövrlər elmin və fəzilətin qılınc və silahdan üstün olduğunu sübut etdiyi dövrlərdir. Biz ali təhsili hamı üçün əlçatan etməklə yanaşı, müvafiq institusional infrastruktur yaratdıq”. 

“Universitetlərimizin bir daha qadağalarla, təzyiqlərlə, döyüşlərlə və ya ideoloji tətbiqlərlə əlaqələndirilməsinə heç vaxt icazə verməyəcəyik”-deyə, Ərdoğan çıxışını sonlandırıb.

Ülkər ABDURAHMANLI