Vaşinqtondan diqqətçəkən mesaj: “İrəliləyiş var”

Vaşinqtondan diqqətçəkən mesaj: “İrəliləyiş var” Dünya

ABŞ son günlər İran tərəfdən müəyyən irəliləyiş müşahidə edib və ümid edir ki, həftəsonu keçiriləcək danışıqlarda daha çox nəticə əldə olunacaq.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karoline Leavitt məlumat verib, lakin detalları açıqlamayıb.

“Stiv Uitkoff və Cared Kuşner sabah iranlıları dinləmək üçün Pakistana yollanacaq. Ümid edirik ki, irəliləyiş olacaq və bu görüşdən müsbət nəticələr çıxacaq”, – deyə o, jurnalistlərə bildirib.