Vaşinqtonda 25 il sonra bir ilk yaşandı

Vaşinqtonda 25 il sonra bir ilk yaşandı Dünya

Vaşinqton zooparkında 25 il sonra ilk yaşanıb – Asiya fili balası dünyaya gəlib.

Sonuncu fil balaları 1995-ci ildə (balanın 16 aylığında öldüyü bildirilir) və 2001-ci ildə doğulmuşdu (sonradan başqa zooparka köçürülüb). Bundan sonra uyğun cütlüklər olmayıb.

News24.az xəbər verir ki, zoopark yalnız uyğun genetikaya malik fillərin cütləşməsinə icazə verir ki, yaxın qohumlar arasında cütləşmənin qarşısı alınsın.

Hazırda nadir genlərə malik olduqları üçün 44 yaşlı Spayk və 12 yaşlı Nhi Linh cütlüyünə tövsiyə verilib. Bu, Spaykın sağ qalan ilk balasıdır: onun əvvəlki balaları digər zooparklarda tələf olub.

Fil balası sağlamdır: çəkisi 140 kiloqram, boyu isə 98 santimetrdir. O, ilk ayı volyerdən kənarda — anası və baxıcıları ilə birlikdə keçirəcək.

Qeyd edək ki, Asiya filləri ən ağıllı, həssas və sosial heyvanlardan biri hesab olunur.