Xamenei elə yerdə gizlənir ki...
Dünya
İranın ali lideri Müctəba Xamenei naməlum yerdə gizlənir, onun xarici dünya ilə əlaqəsi məhduddur və onunla yalnız kuryerlər vasitəsilə əlaqə saxlamaq mümkündür.
News24.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, İran rəsmiləri öz hökumət sistemi daxilində kommunikasiya qurmaqda çətinlik çəkirlər.
Bildirilib ki, bu, İranla mümkün razılaşmanın və əvvəl əldə olunmuş sazişlərin detallarının gec açıqlanmasının əsas səbəbidir.
ABŞ tərəfi mümkün razılaşmanın detallarını İran tərəfinə göndərdikdə, ali liderdən cavabların alınması vaxt aparır və bu, uzun gecikmələrə səbəb olur.
Ağ Evin sözçüsü Xameneinin olduğu yeri və İranın kommunikasiya üsulları ilə bağlı kəşfiyyat məlumatlarını şərh etməkdən imtina edib.