Xəstə qohumu qadın həkimi DÖYDÜ - ŞOK SƏBƏB

Xəstə qohumu qadın həkimi DÖYDÜ - ŞOK SƏBƏB Dünya

Bursa Şəhər Xəstəxanasında çalışan Hematologiya mütəxəssisi Həkim Nihan Alkış xəstə yaxını tərəfindən ağır döyülərək xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə “SABAH” məlumat yayıb.

Şəhər Xəstəxanası Hematoloji şöbəsində çalışan Dr. Nihan Alkış xəstəni müayinə edərkən xəstənin kişi qohumu qapını döymədən içəri daxil olub. Həkimin çölə çıxın sözünə əsəbləşən xəstə yaxını Həkim Nihan Alkışın üzünə sərt bir yumruq vurub.

Həkim aldığı zərbə nəticəsində yerə yıxılıb. Xəstəxana Polisinin müdaxilə etdiyi hadisədə xəstənin qohumu nəzarətə alınarkən, Nihan Alkış ilk müalicədən sonra neyrocərrahiyyə xidmətinə aparılıb. 

Üzündən yumruq zərbəsi alan həkimin müalicəsi davam edir.

Faktla bağlı araşdırma davam etdirilir.

Ülkər Abdurahmanlı