Xizək kurortunda partlayış: ölənlər var – Bu ölkədə/Yeniləndi

Xizək kurortunda partlayış: ölənlər var – Bu ölkədə/Yeniləndi Dünya

İsveçrə hökuməti Krans-Montanada baş verən yanğından sonra beş günlük matəm elan edib.

News24.az Reuters“ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər həlak olub, 115 nəfər yaralanıb.

İsveçrə prezidenti Gi Parmelen bildirib ki, matəm dövründə Berndəki bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış yanğınla nəticələnib. Hadisə zamanı onlarla insan ağır yanıq xəsarəti alıb.

**

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə "Le Nouvelliste" qəzeti məlumat yayıb.

Məlumata görə, azı 100 nəfər yaralanıb.

**

Yanvarın 1-də İsveçrənin Krans-Montana xizək kurortunda yerləşən barda baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, partlayış yerli vaxtla gecə “Constellation” adlı barda baş verib. Partlayışdan sonra binada güclü yanğın olub.

Ölən və yaralananların dəqiq sayı hələ ki açıqlanmayıb.

Xizək kurortunda partlayış: ölənlər var – Bu ölkədə/Yeniləndi Xizək kurortunda partlayış: ölənlər var – Bu ölkədə/Yeniləndi